Bütün xəbərlər
Mariupola iki uzaqmənzilli raket atılıb
Tarix: 26-05-2023 23:27 | Bölmə: Karusel


Cümə günü axşam Mariupol raket hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki DXR Nümayəndəliyinin məlumatına görə, saat 20:10-da Mariupolun şimal-qərbində yerləşən Ukrayna silahlı birləşmələri şəhərə iki uzaqmənzilli sursatdan atəş açıb.
VGTRK-nın hərbi müxbiri Yevgeni Poddubnının Telegram kanalında verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri İngiltərə-Fransız “Storm Shadow” qanadlı raketlərindən istifadə edə bilər. Raket zərbəsinin fəsadları araşdırılır.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər