Bütün xəbərlər
Üç klub "Soçi"nin müdafiəçisi Makarçuka iddialıdır
Tarix: 25-05-2023 22:53 | Bölmə: Karusel


“Soçi”nin müdafiəçisi Artem Makarçuk mövsümlərarası fasilədə komandanı dəyişə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya Rusiya Premyer Liqasının eyni vaxtda üç aparıcı klubu iddia edir.
Artem Makarçukun "Soçi" ilə müqaviləsi 2024-cü ilin iyununa qədərdir. Futbolçunun təxmini dəyəri 2,5 milyon avrodur.
İdman jurnalisti İvan Karpovun Telegram kanalında verdiyi məlumata görə, Spartak, Zenit və ÇSKA Makarçuka iddialıdır. Artemə olan marağı dolayısı ilə futbolçunun agenti Maryana Kaşçelan da təsdiqləyib.
Bu mövsüm Artem Makarçuk "Soçi"nin heyətində bütün yarışlarda 33 oyun keçirib. Futbolçunun 1 qol və 5 məhsuldar ötürməsi var.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər