Bütün xəbərlər
Qonaqlar Azərbaycanda gördükləri multikultural, tolerant mühitdən məmnun olduqlarını vurğulayıblar
Tarix: 25-05-2023 21:14 | Bölmə: Karusel


Ölkəmizdə səfərdə olan ABŞ-nin Yuta ştatından  nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. 

Bu barədə Sabaha-inamla.az-a İlahiyyat İnstitutundan məlumat veriblər.
Qeyd olunub ki, nümayəndə heyətinə Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin rəhbəri Devid Bednar başçılıq edib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov qonaqları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. M.Mürsəlov İnstitutun fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı məlumat verib.Prorektor ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında söhbət açıb. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.M.Mürsəlov, həmçinin tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatların verildiyini də diqqətə çatdırıb.
Sonuncu Gün Müqəddəslərinin İsa Məsih Kilsəsinin rəhbəri Devid Bednar ölkəmizlə tanışlıqdan, Azərbaycanda gördükləri multikultural, tolerant mühitdən nümayəndə heyətinin məmnun olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dünyada çox az ölkələrdən biridir ki, burada bütün dinlərə mənsub insanlar azad, sərbəst şəkildə rahat yaşayırlar və onlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir. Multikulturalizmin Azərbaycan modeli dünyada təbliğ edilməli, burada yaşayan etnik və dini icmalar arasında dostluq və qardaşlıq bütün dünyaya nümayiş olunmalıdır.
Görüş qarışılıqlı müzakirələrlə davam edib.
Sabaha-inamla.az





Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər