Bütün xəbərlər
ABŞ-ın strateji bombardmançı təyyarələri Rusiya sərhədinə doğru irəliləyirdi
Tarix: 23-05-2023 22:25 | Bölmə: Karusel


Çərşənbə axşamı, mayın 23-də hava məkanına nəzarət obyektləri Baltik dənizi üzərində Rusiya Federasiyasının Dövlət Sərhədinə doğru hərəkət edən iki Amerika hərbi təyyarəsini aşkar edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Baltik dənizi üzərində hava hədəfləri peyda olanda hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan Rusiyaya məxsus "Su-27" qırıcısı səmaya qaldırılıb. Təyyarələr müəyyən edilib, onların ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "B-1B" strateji bombardmançı təyyarəsi olduğu üzə çıxıb.
Rusiya pilotları havada müəyyən edilmiş növbətçilik zonasını tutub və Dövlət Sərhədinin pozulmasına imkan verməyiblər. "Su-27" qırıcısı yalnız amerikalılar kursu dəyişdikdən və sərhəd zonasını tərk etdikdən sonra baza aerodromuna qayıdıb.
Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib