Bütün xəbərlər
"Reuters" xəbər verir ki, Rusiya benzin ixracını qadağan edə bilər
Tarix: 23-05-2023 21:37 | Bölmə: Karusel


Rusiyanın daxili bazarında benzin çatışmazlığının potensial təhlükəsi ixrac qadağasına səbəb ola bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan başqa, Rusiya neftayırma zavodlarına maliyyə dəstəyinin azaldılmasından sonra ölkədə yanacağın qiyməti yenidən bahalaşacaq. Analitiklərin fikrincə, bu amillər hakimiyyətin Rusiya benzininin ixracını dayandırmaq qərarına təsir edə bilər. Ola bilsin ki, istehsalçılar əmtəə birjasında yanacaq satışının həcmini artırmağa məcbur olsunlar.
Rusiya Federasiyası hökuməti Qərb ekspertlərinin bu proqnozlarını hələ ki şərh etməyib. Bununla yanaşı, ölkədə 2021-ci ildən "Aİ-95" markalı benzinin qiymətində rekord artım qeydə alınıb. Bu markanın bir ton benzininin qiyməti 1,32% artaraq 61 409 rubl təşkil edib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər