Bütün xəbərlər
Qladkov helikopterin qəzaya uğraması ilə bağlı xəbərləri təkzib edib
Tarix: 23-05-2023 21:10 | Bölmə: Karusel

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Proxorovski rayonunda helikopterin qəzaya uğraması ilə bağlı məlumatı təkzib edib.
Bundan əvvəl bəzi Telegram kanalları Belqorod vilayətində döyüş helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yayıblar. Ancaq qəza ilə bağlı heç bir sübut təqdim edilməyib.
Sosial şəbəkədəki səhifəsində canlı yayımlanan vilayətin qubernatoru Proxorovski rayonunda helikopter qəzasının olmadığını bildirib.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər