Bütün xəbərlər
Əfsanəvi basketbolçu Karmelo Entoni karyerasını bitirir
Tarix: 22-05-2023 23:29 | Bölmə: Karusel


Basketbol üzrə üçqat Olimpiya çempionu Karmelo Entoni karyerasını bitirdiyini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə 38 yaşlı basketbolçu sosial şəbəkədəki səhifəsində məlumat verib.
Bütün 2022/23 mövsümü Karmelo Entoni yarışmadı. Karyerasında fasilədən sonra o, çıxışlarını bitirmək qərarına gəlib.
"Basketbolla vidalaşmağın vaxtıdır. Karyeram boyunca mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm", - Antoninin sözlərini TASS sitat gətirir.
Karmelo Entoni basketbol üzrə iki üçqat Olimpiya çempionlarından biridir. ABŞ komandasının tərkibində o, 2008, 2012 və 2016-cı illərdə Oyunların qalibi olub. NBA-da Entoni "Denver Naggets", "New York Knicks", "Oklahoma City Thunder", "Houston Rockets", "Portland Trail Blazers" və "Los-Anceles Lakers" komandalarında çıxış edib.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər