Bütün xəbərlər
ABŞ sahillərində zəlzələ baş verib
Tarix: 21-05-2023 23:54 | Bölmə: Karusel


ABŞ-ın Şimali Karolina ştatı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 18:44-də (Moskva vaxtı ilə 21:44) qeydə alınıb.
Zəlzələnin episentri əhalisi 121 min nəfər olan Çiko şəhərindən 301 kilometr qərbdə, 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 97 kilometr cənub-qərbdə yerləşib.
Ocaq 12 kilometr dərinlikdə yerləşirdi.
Təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.




Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər