Bütün xəbərlər
“Real” basketbolçuları Avroliqanın qalibi olub
Tarix: 21-05-2023 23:47 | Bölmə: Karusel


Basketbol Avroliqasının qalibi müəyyənləşib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Real Madrid" 11-ci dəfə qalib olub.
Kaunasda “Dördlər finalı” basketbol Avroliqasına yekun vurulub. Real Madrid turnirin qalibi olub.
Həlledici görüşdə "Real Madrid"in və Yunanıstanın "Olimpiakos"unun basketbolçuları üz-üzə gəlib. Bir xallıq üstünlüklə İspaniya klubu 79:78 (17:24, 28:21, 14:18, 20:15) hesablı qələbə qazanıb. Normal vaxtın bitməsinə 3 saniyə qalmış Serxio Llulanın dəqiq zərbəsi "Real Madrid"ə qələbə qazandırdı.
"Real Madrid" 11-ci dəfə Avroliqanın qalibi olub. "Madrid" sonuncu dəfə 2018-ci ildə Avropanın əsas klub yarışmasında qalib olub.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər