Bütün xəbərlər
Daniil Medvedev Romada keçirilən turnirin qalibi olub
Tarix: 21-05-2023 21:44 | Bölmə: Karusel


Romada mükafat fondu 7,7 milyon avro olan “Masters” seriyalı tennis turniri başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı tennisçi Daniil Medvedev qalib gəlib.
Finalda dünyanın üçüncü raketkasi Daniil Medvedevə dünya təsnifatında yeddinci yeri tutan danimarkalı Holqer Rune rəqib olub. Daniel iki setdə üstünlüyü ələ keçirdi.
İlk oyunda Rune Medvedevə ciddi müqavimət göstərsə də, sonda Daniil 7:5 hesabı ilə üstün olub. İkinci setdə Holger qalib gəlməyə yaxın idi və 5-3 öndə idi. Amma rusiyalı tennisçi görüşün axarını dəyişməyi bacarıb və oyunda 7:5 hesabı ilə qalib gəlib. Rəqiblər meydançada 1 saat 42 dəqiqə vaxt keçirib.
Daniil Medvedev karyerasında 20-ci "Masters" turnirinin qalibi olub və bu, gil kortlarda yalnız ikinci uğurudur.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər