Bütün xəbərlər
“Zenit”in keçmiş futbolçusu Krişito karyerasını bitirib
Tarix: 20-05-2023 19:07 | Bölmə: Karusel


Sankt-Peterburq “Zenit”inin sabiq müdafiəçisi Domeniko Krişsito futbolçu karyerasını bitirmək qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə 36 yaşlı futbolçunun cari mövsümdə çıxış etdiyi İtaliyanın “Cenoa” klubunun mətbuat xidməti məlumat yayıb.
Mayın 19-da italyan karyerasının son matçına çıxıb. Bu, İtaliya çempionatının ikinci divizionunda "Bari" ilə oyunda baş verib. Krişsito penaltidən həlledici qolu vurduğu üçün Genuya 4-3 hesabı ilə qalib gəldi.
2011-2018-ci illərdə Domeniko iki dəfə Rusiya çempionu olduğu "Zenit"də çıxış edib. “Göy-ağ-göylər”in heyətində 224 oyun keçirib, 20 qol vurub və 29 məhsuldar ötürmə edib.
Krişsito İtaliyanın “Yuventus” və Kanadanın “Toronto” klublarında da çıxış edib.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər