Bütün xəbərlər
Bernardo Silva Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Tarix: 19-05-2023 23:32 | Bölmə: Karusel


"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
28 yaşlı portuqaliyalı “vətəndaşlar”ın yarımfinalda “Real”la cavab matçında iki qol vuraraq komandasının turnirin finalına yüksəlməsinə kömək edib.
Mükafata Silvadan başqa, “İnter”in hücumçusu Lautaro Martinez, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu da namizəd olub.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək. Turnirin final oyununda “Mançester Siti” və “İnter” komandaları qarşılaşacaq.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər