Bütün xəbərlər
“Baltika” futbolçuları vaxtından əvvəl Premyer Liqaya yüksəlib
Tarix: 19-05-2023 22:21 | Bölmə: Karusel


“Baltika” gələn mövsüm Rusiya Premyer Liqasında çıxış edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kalininqrad komandası vaxtından əvvəl ən güclülər sinfinə daxil olmağa zəmanət verdi.
Mayın 19-da Vladiqafqaz “Alaniya”sı 32-ci turun matçında Tolyatti “Akron”u ilə heç-heçə oynayıb. Bu nəticə “Baltika”nı RPL-ə gətirib.
Sergey İqnaşeviçin yetirmələrinin 31 oyundan sonra 64 xalı var. “Baltik” Birinci Liqanın turnir cədvəlinə başçılıq edir və ikinci pillədən aşağı düşməyəcək, Premyer Liqaya birbaşa çıxış hüququ verib.
Üçüncü pillədə qərarlaşan “Alaniya” 56 xal toplayıb. Vladiqafqazlılar finiş xəttinə iki tur qalmış turnirin liderini tuta bilməyəcəklər. İkinci sırada Kazan “Rubin”i (62) qərarlaşıb.
“Baltika” 1998-ci ildən bəri ilk dəfə Rusiyanın əsas futbol çempionatında çıxış edəcək.





Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər