Bütün xəbərlər
IKEA-nın ərəb analoqu Rusiyada 20 mağaza açmaq istəyirdi
Tarix: 18-05-2023 23:25 | Bölmə: Karusel


Yaxın Şərq mebel və ev əşyaları mağazalar şəbəkəsi Home Box yerli bazara çıxmaq üçün Rusiyada tərəfdaşlar axtarışını elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS məlumatına görə, bu brend “İsveç IKEA-nın analoqudur”.
Soçidə mebel sərgisini ziyarət edən Yaxın Şərq Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Kamel Şaban deyib: “Biz beş il ərzində Rusiyada 10-20 analoq aça bilərik”.
Onun sözlərinə görə, bu, sərfəli brenddir, lakin ticarət meydançaları daha kiçikdir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər