Bütün xəbərlər
Ermənistan Kəlbəcər istiqamətində döyüş PUA-ları qaldırdı - Fotolar
Tarix: 18-05-2023 11:38 | Bölmə: Karusel

                     ermenistan-kelbecer-istiqametinde-doyus-pua-lari-qaldirdi



Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.
Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.










Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər