Bütün xəbərlər
"Liverpul" Firmino və Milnerin ayrıldığını açıqlayıb
Tarix: 17-05-2023 21:24 | Bölmə: Karusel


"Liverpul"un futbolçuları Roberto Firmino və Ceyms Milner mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "qırmızılar"ın rəsmi saytı məlumat yayıb.
Firmino və Milnerdən başqa, Aleks Oksleyd-Çemberlen və Nabi Keyta da "Liverpul"dan ayrılacaq.Bütün futbolçuların müqavilələri başa çatıb.
31 yaşlı Firmino bu mövsüm Yurgen Kloppun komandasında 23 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. 37 yaşlı Milner 29 oyunda 1 ötürmə edib.
36 oyundan sonra "Liverpul" 65 xalla Premyer Liqa cədvəlində 5-ci yerdədir.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər