Bütün xəbərlər
Volqoqrad vilayətində yaşayış binasında partlayış və yanğın baş verib
Tarix: 16-05-2023 23:52 | Bölmə: Karusel


Mayın 16-da axşam Volqoqrad vilayətinin Mixaylovka şəhərində yaşayış binalarından birində partlayış baş verib və yanğın başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, iki nəfər xəsarət alıb.
Hadisə yerinə baş çəkən Mixaylovkanın rəhbəri Aleksandr Tyurinin çərşənbə axşamı özünün Telegram kanalında verdiyi məlumata görə, hadisə Engels küçəsindəki 14 saylı evdə bir otaqlı mənzildə saat 19:13 radələrində baş verib.
Partlayışdan sonra başlayan yanğın saat 19:30-da lokallaşdırılıb. Binanın dayaq konstruksiyalarına ziyan dəyməyib. İlkin məlumata görə, iki nəfər xəsarət alıb, onlar rayon xəstəxanasına yerləşdirilib. Hadisənin səbəbləri və şəraiti araşdırılır.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər