Bütün xəbərlər
Tbilisi-Moskva birbaşa reysinə biletin qiyməti məlum olub
Tarix: 16-05-2023 22:32 | Bölmə: Karusel


Gürcüstanın “Georgian Airways” aviaşirkəti mayın 20-dən Tbilisi-Moskva marşrutu üzrə biletlərin satışına başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, biletl daşıyıcının saytında əldə etmək olar. Onların qiyməti 345 dollardan başlayır.
Eyni zamanda, aviaşirkətin saytında əvvəllər mövcud olan “Air Dilijans” vasitəsilə Yerevan üzərindən tranzit reyslərə biletləri əldə etmək artıq mümkün deyil.
Bundan əvvəl, mayın 16-da Gürcüstanın Mülki Aviasiya Agentliyi Gürcüstan Hava Yollarına mayın 20-dən etibarən Tbilisidən Moskvaya birbaşa uçuşlar həyata keçirməyə icazə verib. Tbilisi-Moskva-Tbilisi istiqamətində uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək, TASS yazır.
Bir gün əvvəl Gürcüstan Rusiyanın “Azimut” aviaşirkətinə ölkəyə uçmaq üçün ilk icazəni verib. İlk uçuş mayın 19-da baş tutacaq.
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Rusiya aviaşirkətlərinin bu ölkəyə uçuşlarına qadağa qoyulması haqqında fərman imzalayıb. Mayın 15-dən Gürcüstan vətəndaşları Rusiyaya 90 günə qədər vizasız gələ biləcəklər.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər