Bütün xəbərlər
ABŞ-da naməlum şəxs bir neçə nəfəri güllələyib
Tarix: 15-05-2023 23:59 | Bölmə: Karusel


Mayın 15-i bazar ertəsi ABŞ-ın Farminqton şəhərində bir neçə məktəb şəhərdə atışmalarla bağlı xəbərlərə görə təhlükəsizlik səbəbi ilə bağlanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İlkin məlumata görə, 3 nəfər ölümcül xəsarət alıb.
Naməlum şəxs tərəfindən açılan atışma nəticəsində azı 3 nəfər həlak olub, ilkin məlumata görə, daha bir neçə nəfər yaralanıb. Xəsarət alanlar arasında iki polis də var. TASS xəbər verir ki, bazar ertəsi Nyu-Meksiko ştatında faciəli hadisə baş verib.
Hadisəni törədənin kimliyi və motivləri barədə heç nə məlum deyil. Bildirilir ki, hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən məhv edilib. Farminqtonda baş verən kütləvi atışmanın hansı şəraitdə baş verdiyi araşdırılır.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər