Bütün xəbərlər
Britaniya şəhərlərində yanğın törədiblər
Tarix: 15-05-2023 23:47 | Bölmə: Karusel


İngiltərənin Dorset qraflığında polis 13 avtomobili yandıran cinayətkarları axtarır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Guardian" qəzetinin yazdığına görə, onlar bunu gecə yarısı ediblər.
Hadisələr Poole və Wimborne Minster şəhərlərində baş verib. Üç saat ərzində yanğınsöndürənlərə 65 müraciət daxil olub.
Yanan maşınların yaxınlığındakı evlərin sakinləri səs-küydən ayılaraq küçəyə qaçıblar. Yanğın nəticəsində bir ev yanıb.
Hücum edənlərin bu qədər avtomobili niyə yandırdıqları açıqlanmır.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər