Bütün xəbərlər
Zelenski Romada etirazla qarşılanıb
Tarix: 13-05-2023 23:31 | Bölmə: Karusel


Romanın mərkəzində ora rəsmi səfərlə gələn Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı etiraz aksiyası təşkil olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “İl Giornale” qəzeti məlumat yayıb.
Aksiyanı “Kommunist Gənclər Cəbhəsi” təşkilatının fəalları təşkil edib. Kolizeyin yaxınlığında dost olmayan şüar yazılmış pankart açdılar. Nümayişçilər Ukrayna ordusuna silah verilməsinə də qarşı çıxıblar.
Etirazçılar İtaliya hökumətinin siyasətini biabırçı adlandıraraq, Ukrayna Silahlı Qüvvələrinə dəstəyi dərhal dayandırmağa çağırıblar.
Zelenski mayın 13-də İtaliyaya səfər edib. Orada o, prezident Sercio Mattarella və baş nazir Corc Meloni ilə görüşüb. Daha sonra o, Papa Fransisklə danışıb.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər