Bütün xəbərlər
Rusiya cüdoçuları dünya çempionatının qızıl və gümüş medallarını qazanıblar
Tarix: 13-05-2023 23:23 | Bölmə: Karusel


Dohada Rusiya və Belarus idmançılarının buraxıldığı cüdo üzrə dünya çempionatı keçirilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü çəki dərəcələrinin finalı baş tutub, onlardan ikisində ruslar medal qazanıblar.
Qızıl medalı 100 kq çəki dərəcəsində Arman Adamyan qazanıb. Finalda o, ikiqat olimpiya çempionu, çexiyalı Lukaş Krpaleklə qarşılaşıb. Rus qalib gəlib.
Daha sonra daha bir həlledici döyüşdə İnal Tasoyev üçqat olimpiya çempionu, fransalı Teddi Rinerə uduzub. Beləliklə, Rusiya cüdoçusu dünya çempionatının gümüş medalına sahib olub.
Rusiyalılar turnirdə fərdi idmançılar kimi neytral statusda mübarizə aparırlar. Onlar komanda yarışlarında iştirak etməyəcəklər.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər