Bütün xəbərlər
DPR-də yeniyetmə yaralanıb, idarə və məktəbə ziyan dəyib
Tarix: 13-05-2023 21:56 | Bölmə: Karusel


Donetskdə 15 yaşlı yeniyetmə atəş nəticəsində yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Kulemzin məlumat verib.
Həmçinin, mərmi atəşi nəticəsində Respublika kəndində inzibati bina, kənd mədəniyyət evi, məktəb, ticarət obyektləri və elektrik xətti zədələnib.
Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki DXR nümayəndəliyi bildirib ki, Ukrayna hərbçiləri Donetskə 6 ədəd 155 mm-lik mərmi atıblar. Bu tip artilleriya NATO ölkələri tərəfindən istifadə olunur.
Şənbə günü Donetskə atəş nəticəsində bir qadın və bir uşaq həlak olub.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər