Bütün xəbərlər
“Zenit” Premyer Liqanın qalibi kuboku ilə mükafatlandırılıb
Tarix: 13-05-2023 21:32 | Bölmə: Karusel


"Zenit"in futbolçuları Rusiya Premyer Liqasının qalibi olduqları üçün kubokla mükafatlandırılıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, 27-ci turun “Krasnodar”la ev oyunundan sonra baş verib.
Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb. Sergey Semakın yetirmələri əlavə vaxtda geri qayıtdılar və Çempionlar Kubokunun verildiyi gün məğlubiyyətdən yayına bildilər.
“Qazprom Arena” stadionunda “Zenit”in mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, "Zenit"in futbolçuları 26-cı turun yekunlarına görə, evdə "Spartak"ı da məğlub edəndən sonra bütün rəqibləri üçün əlçatmaz olub.
Keçirilən 27 oyundan sonra "Zenit"in 64 xalı var.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər