Bütün xəbərlər
Yaşayış binasında qaz balonu partlayıb
Tarix: 12-05-2023 23:46 | Bölmə: Karusel


Moskvanın Troitski inzibati dairəsinə daxil olan Troitsk şəhərində yaşayış binasında partlayış baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayış 18 yaşlı gəncin girişdə yerdə uzanmış qutuya təpik vurmasından sonra baş verib. Məlum olub ki, qutuda qaz balonu olub.
Gəncə ayağının açıq sınığı diaqnozu qoyulub. Təcili yardım xidmətləri hadisə yerindədir.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər