Bütün xəbərlər
Finlandiya Rusiya ilə sərhədlər yaxınlığında hərbi fəaliyyət görmür
Tarix: 11-05-2023 23:09 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olmasından sonra Finlandiya ilə sərhəddə Rusiyanın hərbi fəallığının artmasını görmür.
"Biz keçən ilin yazında NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gələndə Rusiyadan hər cür təxribat gözləyirdik. Amma heç nə olmadı", - nazir Fransanın "Ouest France" və Almaniyanın "Funke" nəşrlərinə müsahibəsində deyib.
Aprel ayında Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu. Rusiya Xarici İşlər Nazirliyi Finlandiya hakimiyyətinin bu addımını “tələsik” adlandırıb, çünki qərar ictimai rəy və Alyansa qoşulmanın nəticələrinin hərtərəfli təhlili nəzərə alınmadan qəbul edilib. Finlandiyanın NATO-ya daxil olması Helsinki ilə Moskva arasında münasibətlərə mənfi təsir göstərəcək, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər