Bütün xəbərlər
Mxitaryanın qolu "İnter"ə Çempionlar Liqasında "Milan"ı məğlub etməyə kömək etdi
Tarix: 10-05-2023 23:58 | Bölmə: Karusel


Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda “San Siro” stadionunun meydanında “Milan”a qalib gələn “İnter” futbolçuları rəqib qapısına iki cavabsız qol göndərib – 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, matçın qaliblərinin qollarını müvafiq olaraq 8-ci və 11-ci dəqiqələrdə 37 yaşlı Edin Dzeko və 34 yaşlı Henrix Mxitaryan vurub.
Qeyd edək ki, Mxitaryan əsas avrokubok turnirinin yarımfinalında qol vuran ilk erməni olub.
Cavab oyunu gələn çərşənbə axşamı, mayın 16-na təyin edilib və yenidən Milanda, həmin stadionda keçiriləcək.
"Milan" - "İnter" qarşıdurmasının qalibi Çempionlar Liqasının finalına yüksələcək və burada "Real" - "Mançester Siti" cütünün qalibi ilə (1:1 - ilk oyundan sonra) oynayacaq.
İyunun 10-da keçiriləcək turnirin finalına İstanbul ev sahibliyi edəcək. Yarışın hazırkı qalibi Real Madriddir.



Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər