Bütün xəbərlər
Beş Dünya kubokunun iştirakçısı Karbajal dünyasını dəyişib
Tarix: 10-05-2023 23:57 | Bölmə: Karusel


Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidmətindən verilən məlumata görə, beş dünya çempionatının iştirakçısı, Meksika futbolunun əfsanəsi Antonio Karbajal 93 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölümün səbəbi açıqlanmır.
FİFA rəhbəri Gianni İnfantino, "Antonio Karbajalın vəfatını böyük kədərlə öyrəndik. Mən Karbajal ailəsinə, meksikalı azarkeşlərə və itki üçün yas tutan hər kəsə dərin hüznlə başsağlığı verirəm" deyib.
Karbajal beş dünya çempionatında (1950, 1954, 1958, 1962 və 1966) oynayan tarixdə ilk olub. Daha sonra onun nailiyyətini Lotar Matteus, Rafael Markes, Cristiano Ronaldo, Lionel Messi və Andres Guardado təkrarlayıb.
Antonionun klub səviyyəsində 409 matçı var ki, bunun da 364-nü 16 il oynadığı Leon üçün keçirib.



Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər