Bütün xəbərlər
ABŞ-ın baş prokuroru Malofeyevin müsadirə olunmuş vəsaitlərinin Ukraynaya köçürülməsini təsdiqləyib
Tarix: 10-05-2023 23:57 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyinə də rəhbərlik edən ABŞ Baş prokuroru Tsarqrad şirkətlər qrupunun direktorlar şurasının rəhbəri Konstantin Malofeyevdən ələ keçirilən vəsaitlərin Ukraynanın ehtiyacları üçün istifadə edilməsi barədə göstəriş verib.
“Merrik Qarland çərşənbə günü, mayın 10-da rusiyalı iş adamı Konstantin Malofeyevdən müsadirə olunan vəsaitin Ukraynanın ehtiyaclarına yönəldilməsi barədə göstəriş verib”, - "Reuters" xəbər verir.
2023-cü ilin fevralında ABŞ ilk dəfə olaraq müsadirə edilmiş Rusiya aktivlərini Kiyevin ehtiyaclarına ötürdü.
Rusiyalı iş adamı Konstantin Malofeyevin aktivlərinin müsadirə olunaraq Ukraynaya verilməsi açıq-aşkar oğurluqdur, Rusiyanın ABŞ-dakı səfirliyi bildirib.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər