Bütün xəbərlər
Belqorod vilayətində iki pilotsuz təyyarə partlayıb
Tarix: 10-05-2023 22:58 | Bölmə: Karusel


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov çərşənbə günü axşam saatlarında Belqorod vilayətində iki pilotsuz təyyarənin düşməsi barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bölgə rəhbərinin sözlərinə görə, pilotsuz təyyarələr Belqorod vilayətinin özəl yaşayış sektorunda partlayaraq yerə düşüb.
Partlayış nəticəsində iki evə ziyan dəyib. Onların şüşələri sındırılıb, hasarlar qırılıb, qəlpələr maşına dəyib.
İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Təcili xidmətlər yerindədir.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər