Bütün xəbərlər
Twitter qeyri-aktiv hesabları silməyə başlayacaq
Tarix: 09-05-2023 23:20 | Bölmə: Karusel


Twitter "bir neçə il" aktiv olmayan hesabları silməyə başlayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri İlon Mask öz səhifəsində yazıb. O, xəbərdarlıq edib ki, “təmizləmə” səbəbindən istifadəçilər abunəçilərinin sayında azalma müşahidə edə bilərlər.
Sahibkarın sözlərinə görə, silinən hesabların tvitləri arxivləşdiriləcək. Deaktivasiyadan sonra “hesabın” bərpasının mümkün olub-olmayacağı barədə o, dəqiqləşdirməyib.
“Biz bir neçə il ərzində heç bir fəaliyyət göstərməyən hesabları silirik, ona görə də izləyicilərinizin sayında azalma görə bilərsiniz”, – Mask yazıb.
Mask hələ 2022-ci ilin dekabrında bildirmişdi ki, Twitter 1,5 milyard aktiv olmayan hesabı silmək niyyətindədir. Söhbət bir neçə il ərzində heç bir nəşrin və ya girişin olmadığı "hesablardan" gedirdi.
“Twitter”in hazırkı siyasətinə görə, istifadəçilər ən azı 30 gündə bir dəfə öz hesablarına daxil olmalıdırlar, əks halda uzun müddət fəaliyyət göstərmədiyinə görə silinə bilər.



Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər