Bütün xəbərlər
Kurqan bölgəsində yanğın 21 nəfərin həyatına son qoyub
Tarix: 09-05-2023 22:45 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kurqan vilayətində təbii yanğınlardan zərər çəkmiş kəndlərdə dağıntıların təhlili zamanı xilasedicilər daha iki nəfərin cəsədini aşkar ediblər və bununla da qurbanların ümumi sayı 21-ə çatıb.
Daha əvvəl 19 nəfərin öldüyü bildirilirdi ki, onların yarısı demək olar tamamilə yanmış- Yuldus kəndində, daha dördü isə Kurqanda yaşayırdı. Böyük yanğının qurbanlarından 13 nəfəri xəstəxanaya çatdırılıb.
Mayın 7-də 18 min hektar ərazini əhatə edən yanğınlarla əlaqədar rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hakimiyyət həlak olanların ailələrinə hər birinə 1 milyon rubl ödəyəcəyini vəd edib.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər