Bütün xəbərlər
"Orenburq" argentinalı Mansillanı geri alacaq
Tarix: 08-05-2023 21:59 | Bölmə: Karusel


Argentinalı hücumçu Brayan Mansilla Orenburqda çıxışını davam etdirəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənubi Ural futbolçunu Argentina "Rasinq"indən alacaq.
Brayan Mansilla hazırda "Racinq"-dən Orenburqda bir illik icarədədir. Amma gələn mövsüm 26 yaşlı argentinalı Orenburq komandası ilə tam müqavilə imzalaya bilər.
“Sport-Ekspress”in məlumatına görə, klublar futbolçunun keçidi ilə bağlı danışıqlar aparır. Orenburq 1,1 milyon avroya Mansillanı almağa yaxındır. Bu məlumatı "Orenburq"un idman direktoru Dmitri Andreev də təsdiqləyib.
Brayan Mansilla keçən yay "Rasinq"dən icarəyə götürülüb. Bu mövsüm argentinalı 22 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər