Bütün xəbərlər
Dəstəsi Çe Gevaranı yaxalayan general öldü
Tarix: 07-05-2023 23:59 | Bölmə: Karusel


Boliviyalı general Qari Prado Salmon vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, inqilabçı Ernesto Çe Gevaranı ələ keçirmək əməliyyatına əmr verib.
Generalın ölüm xəbərini oğlu Tvitter hesabında yayıb. Mərhumun 85 yaşı var idi.
1967-ci ilin oktyabrında Çe Gevaranın dəstəsi pusquya düşdü. Qısa döyüşdən sonra inqilabçı yaralanaraq əsir düşür. Komandantı boliviyalı serjant Mario Teran güllələyib.
Ötən ilin avqustunda Çe Gevaranın oğullarından biri Camilo Gevara vəfat edib.



Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər