Bütün xəbərlər
Alkaras Madriddə "Masters" qalibi oldu
Tarix: 07-05-2023 23:40 | Bölmə: Karusel

İspaniyanın paytaxtında mükafat fondu 7,7 milyon avro olan “Masters” seriyalı tennis turniri başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Finalda ispan Karlos Alkaras və alman Yann-Lenard Struff qarşılaşıb.
Karlos Alkaras üç setdə qalib gəlib. Rəqiblər meydançada 2 saat 26 dəqiqə vaxt keçiriblər.
Dünyanın ikinci raketkası Karlos Alkaras dünya reytinqində 65-ci yeri tutan Jann-Lennard Struffla oynayıb. İlk set 6:4 hesabı ilə Karlosun xeyrinə qalıb. Lakin ikinci hissədə alman 6:3 hesabı ilə daha güclü olub. Lakin Alkarasın 6:3 hesablı daha yüksək ustalığı həlledici oyunda öz təsirini göstərdi.
Karlos Alkaras daha əvvəl 2022-ci ildə qazandığı Madrid titulunu qorudu. Bundan əlavə, ispaniyalı cari mövsümdə dördüncü turnirin qalibi olub.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər