Bütün xəbərlər
Kaliforniyada ziyafətdə 5 nəfər yaralanıb, biri ölüb
Tarix: 07-05-2023 23:11 | Bölmə: Karusel


ABŞ-ın Kaliforniya ştatının Çiko şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən ABC televiziya şirkəti məlumat yayıb.
Hadisə yerinə gələn polis 6 nəfəri güllə yarası ilə aşkar edib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. TASS xəbər verir ki, 17 yaşlı qız xəstəxanada ölüb.
Qeyd edildiyi kimi, hadisə yeri 14 000 tələbənin təhsil aldığı Çikodakı Kaliforniya Dövlət Universitetindən bir blok aralıdadır.



Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər