18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
“Dakar”ın ilk rusiyalı qalibi Anatoli Kuzmin vəfat edib
Tarix: 07-05-2023 22:52 | Bölmə: Karusel


"Dakar" ralli reydində qalib gələn ilk KAMAZ-master heyətinin naviqatoru Anatoli Kuzmin vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kuzminin ölüm səbəbi hələlik məlum deyil.
1996-cı ildə Rusiyanın KAMAZ-master heyəti ilk dəfə Qranada-Dakar çoxgünlük rallisində qalib gəldi. Pilot Viktor Moskovskix, şturman Anatoli Kuzmin və mexanik Nail Baqavetdinov qalib olublar.
Anatoli Kuzminin ölümünü KAMAZ-master rəsmi teleqram kanalı elan edib. "KAMAZ-master komandası komandanın veteranı, 1996-cı ildə "Dakar" ralli yük maşını təsnifatını qazanmış məşhur ilk rusiyalı ekipajın üzvü, vaxtsız vəfat edən Anatoli Andreeviç Kuzminin ailəsinə və yaxınlarına başsağlığı verir. Xoş xatirələr" mesajda deyilir.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər