Bütün xəbərlər
Sverdlovsk vilayətində əhalinin təxliyəsi həyata keçirilməyə başlayıb
Tarix: 06-05-2023 23:59 | Bölmə: Karusel


Pervomayskda barıt olan anbarların yanğını ilə əlaqədar sakinlərin təxliyyəsinə başlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sverdlovsk vilayətinin fövqəladə hallar xidmətləri Pervomayski kəndində meşə yanğını nəticəsində barıt olan anbarlar
yanıb. Nəticədə qəsəbədən sakinlərin köçürülməsinə başlanılıb.
Rjev şəhər dairəsinin rəhbəri İvan Kartaşovun sözlərinə görə, insanlar avtobus və şəxsi nəqliyyat vasitəsi ilə təxliyə edilir.
İlkin məlumata görə, yanğın nəticəsində tələfat olmayıb.
O da bildirilir ki, Pervomayskidə güclü yanğınlar nəticəsində elektrik, su, rabitə kəsilib. Bəzi sakinlərin təxliyyə etmək əvəzinə yanğınsöndürənlərə kömək etmək qərarına gəldiyi qeyd edilir.
Sverdlovsk vilayətinin bir sıra şəhərlərində fövqəladə vəziyyət rejimi tətbiq edilib.



Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər