Bütün xəbərlər
Ulyanovsk qubernatoru iki həftə qoltuqağacında “tullanacaq”
Tarix: 05-05-2023 23:57 | Bölmə: Karusel


Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix qarşıdakı iki həftə ərzində qoltuq dəyənəkləri ilə hərəkət edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat verib.
Dövlət xadiminin sözlərinə görə, o, ayağından planlı əməliyyat olunub. Səbəb köhnə idman zədəsidir.
Aleksey Russkix xəstəlik məzuniyyətinə və məzuniyyətə getmədiyini deyib. Ulyanovsk vilayətinin qubernatoru vətəndaşları onu qoltuqağacında görəndə təəccüblənməməyə çağırıb.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər