Bütün xəbərlər
"Bavariya" gözünü dünyanın vitse-çempionlarına dikib
Tarix: 05-05-2023 23:44 | Bölmə: Karusel


"Bavariya" "Ayntraxt"ın hücumçusu Randal Kolo Muani ilə maraqlanır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatında 24 yaşlı futbolçu Fransa yığmasının heyətində ikinci yeri tutub.
"Bavariya" yayda Randal Kolo Muaninin transferini başa çatdırmaq niyyətindədir. Lakin klublar fransalı hücumçunun qiyməti ilə bağlı hələlik razılığa gələ bilmirlər.
Bavariyalılar Randala və bonuslara görə 60 milyon avro ödəməyə hazırdır. “Ayntraxt Frankfurt” futbolçunun satışından iki dəfə çox qazanc əldə edəcəyini gözləyir. Kolo Muani bu mövsüm Frankfurt Qartallarının heyətində 28 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Fransalı futbolçuya "Paris Saint-Germain" və "Mançester Yunayted" də iddia edir. Amma Almaniyada “Bavariya” ilə “Ayntraxt”ın razılığa gələcəyinə inanırlar.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər