Bütün xəbərlər
“Ferençvaroş” vaxtından əvvəl Macarıstan çempionu olub
Tarix: 05-05-2023 23:21 | Bölmə: Karusel


Macarıstanın ən titullu klubu "Ferençvaroş" yenidən ölkə çempionu olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, komandanı qələbəyə rusiyalı məşqçi Stanislav Çerçesov gətirib.
"Ferençvaroş" tarixdə 34-cü, ardıcıl 5-ci dəfə Macarıstan çempionu olub. Budapeşt klubu ikinci dəfə baş məşqçi Stanislav Çerçesovun rəhbərliyi altında uğur qazanıb.
Bu dəfə "Ferençvároş" bitməsinə üç tur qalmış liqa çempionluğunu qazandı. Çerçesovun komandasının ən yaxın izləyicisi “Keçkemet” “Honved”ə 0:1 hesabı ilə uduzaraq çempionluq şansını itirib.
Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov 2022-ci ilin yanvarında "Ferençvaroş"a rəhbərlik edib. Ötən mövsüm Stanislav Salamoviç "Ferençvaroş"a çempionatda və Macarıstan kubokunda qələbələr qazandırıb.



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər