Bütün xəbərlər
Polyaklar Rusiyaya soxulmağa cəhd edən fransızı saxlayıblar
Tarix: 04-05-2023 23:19 | Bölmə: Karusel


Polşa sərhədçiləri 36 yaşlı Fransa vətəndaşının arzusunu həyata keçirməyə mane olublar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kişiyə Rusiyada yaşamağa icazə verilməyib.
Avropa Birliyinin şərq sərhədlərinin müdafiəçiləri əcnəbinin qarşısını kəsiblər. Onlar fransızın firavan Qərbdən qaçıb həyatını “təcavüzkar dövlət”lə bağlamağa imkan vermədilər.
"Adamın lazımi sənədləri olmadığı üçün Rusiya ərazisinə buraxılmayıb. Nəticədə avtomobil sürücüsü yüksək sürətlə sərhədi keçməyə cəhd edib. Lakin onun nəzarət-buraxılış məntəqəsinin qüvvələri tərəfindən saxlanılıb", - deyə, ölkənin sərhəd xidməti bildirib.
Polşa mühafizəçiləri içəri girən şəxsi saxlayıblar. Məhkəmədən sonra o, cərimə olunaraq sərbəst buraxılıb. Rusiyaya gedən yol çətin oldu.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər