Bütün xəbərlər
Kiyevdə vurulan yanan pilotsuz təyyarə evin üzərinə düşüb
Tarix: 04-05-2023 23:06 | Bölmə: Karusel


Cümə axşamı Ukrayna paytaxtının sakinləri pilotsuz təyyarələrin Kiyev ətrafında yavaş-yavaş dövrə vurmasını lentə alıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlardan biri vurulub, bu da yanğına və binalardan birində böyük dağıntıya səbəb olub.
Hadisə şahidləri Ukrayna paytaxtının mərkəzi üzərində dövrə vuran və çarəsizcə atəşə tutulan dronları lentə alıblar. Çoxsaylı cəhdlərdən sonra atıcılar dronun içinə girə biliblər. Şəhərdə gəzən çoxsaylı Kiyev sakinlərinin gözü qarşısında PUA alovlanıb, şəhərin mərkəzindəki evin üzərinə düşüb.
Kiyev meri Vitali Kliçko öz Telegram kanalında bildirib ki, paytaxtın Solomenski rayonunda yerləşən dördmərtəbəli binada 50 kvadratmetr sahədə yanğın baş verib. Pilotsuz təyyarənin qalıqlarının düşməsi nəticəsində 150 kvadratmetr sahədə binanın konstruksiyaları dağılıb. Eyni səbəbdən daha bir kiçik yanğın şəhərin Peçersk rayonunda baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Bundan əvvəl bildirilib ki, mayın 4-də saat 20:00-dan sonra Kiyev və regionda hava həyəcanı elan edilib.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər