Bütün xəbərlər
Sobolenko İspaniyada keçirilən turnirin ilk finalçısı olub
Tarix: 04-05-2023 22:05 | Bölmə: Karusel


Madriddə keçirilən WTA 1000 tennis turnirində ilk finalçı müəyyənləşib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Belarus təmsilçisi Arina Sobolenko olub.
Yarımfinal görüşündə belaruslu iki setdə yunanıstanlı Mariya Sakkarini 6:4, 6:1 hesabı ilə məğlub edib. Rəqiblər 1 saat 25 dəqiqə vaxt sərf ediblər.
Finalda Sobolenko rusiyalı Veronika Kudermetova ilə dünyanın birinci raketkası, polşalı İqa Sviatek arasında keçirilən görüşün qalibi ilə oynayacaq.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər