Bütün xəbərlər
Rusiya bölgələri pilotsuz uçuşlara qadağa qoyur
Tarix: 03-05-2023 23:58 | Bölmə: Karusel


Rusiyanın 40-a yaxın regionu pilotsuz uçuşlara məhdudiyyətlər tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, Moskvada mayın 3-dən pilotsuz təyyarələrin havaya qalxması tamamilə qadağan edilib.
Moskva vilayətində oxşar qadağa 2023-cü ilin aprelindən qüvvədədir. İstisna yalnız əməliyyat xidmətlərinin və dövlət orqanlarının dronlarıdır, RİA Novosti agentliyi yazır.
Xatırladaq ki, mayın 3-nə keçən gecə Ukraynaya məxsus iki pilotsuz təyyarə Vladimir Putinin Kremldəki iqamətgahına hücum etməyə cəhd edib. Pilotsuz təyyarələr vaxtında aşkar edilərək zərərsizləşdirilib. Heç kim xəsarət almayıb, yerdə dağıntı yoxdur.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər