Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələri 5 dəqiqə ərzində Donetskə 20 raket zərbəsi endirib
Tarix: 03-05-2023 23:58 | Bölmə: Karusel


Mayın 3-ü axşam saatlarında Ukrayna silahlı birləşmələri Donetsk və onun ətraf ərazilərinə kütləvi raket və artilleriya zərbələri endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Donetskin atəşə tutulması gün ərzində dayanmır. Ukrayna millətçiləri top artilleriyasının zərbələrindən sonra çoxsaylı raket sistemlərinin istifadəsinə keçiblər.
Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki DXR Nümayəndəliyinin məlumatına görə, çərşənbə günü saat 20:05-dən sonra Netaylovo kəndində yerləşən Ukrayna birləşmələri beş dəqiqə ərzində Donetskin Kuybışevski rayonuna iki raket hücumu həyata keçirib, şəhərə 20 raket atıblar.
Bundan bir qədər əvvəl Donetskin Aleksandrovka kəndinə on raket atılıb. Atışmanın nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər