Bütün xəbərlər
Kremlə dron hücumundan sonra İstintaq Komitəsi terror aktı ilə bağlı iş açıb
Tarix: 03-05-2023 23:57 | Bölmə: Karusel


Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi iki pilotsuz təyyarənin prezidentin Kreml iqamətgahına hücum cəhdindən sonra terror aktı ilə bağlı cinayət işini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin departamentin mərkəzi aparatının əməkdaşlarına Kiyev rejiminin Kremlə iki pilotsuz təyyarə ilə zərbə endirmək cəhdinin hallarını araşdırmağı tapşırıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi “Terror aktı” ilə cinayət işi başlanıb.
Bundan əvvəl məlumat verilmişdi ki, çərşənbə gecəsi Kreml üzərində iki pilotsuz uçuş aparatı peyda olub. Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, hərbi və xüsusi xidmət orqanlarının gördüyü tədbirlər nəticəsində qurğular radar döyüşündən istifadə etməklə sıradan çıxarılıb.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər