Bütün xəbərlər
Rusiyanın raket hücumu xəbərdarlığı peyki atmosferdə yanıb
Tarix: 03-05-2023 23:56 | Bölmə: Karusel


Rusiyanın “Kosmos-2222” peyki orbitdən çıxıb və Yer atmosferində yanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xəbəri Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) yayıb. Çəkisi 1,9 ton olan qurğu raket hücumunun erkən xəbərdar edilməsi üçün istifadə edilib. Peyk 1992-ci ilin noyabrında Plesetsk kosmodromundan yüksək elliptik orbitə buraxılıb.
TASS xəbər verir ki, ABŞ-da kosmik obyektə “Space-Track” portalının məlumatına görə, 22238 nömrəsi verilib.
Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutu (IPM) 2023-cü ilin yanvarında ABŞ-K tipli "Kosmos-917" raket hücumu xəbərdarlığı sisteminin (SPRN) oxşar peyk-müşahidəçisinin düşdüyünü təsdiqləyib. Lakin Sovet Kosmos-917 daha əvvəl, 1977-ci ildə buraxılmışdı.
2020-ci ilin iyun ayında Rusiyada yeni raket hücumu xəbərdarlığı sistemi işə salınıb.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər