Bütün xəbərlər
Gürcüstandan olan iki dənizçi Qabon sahillərində dəniz quldurları tərəfindən əsir götürülüb
Tarix: 02-05-2023 23:59 | Bölmə: Karusel


Qabon yaxınlığında dəniz quldurları ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçini qaçırıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi çərşənbə axşamı bildirib ki, ikisi Gürcüstan vətəndaşı olan üç dənizçi Qabonun ərazi sularında lövbər salmış gəmidən dəniz quldurları tərəfindən qaçırılıb.
Agentliyin məlumatına görə, dənizçilərin ələ keçirilməsi çərşənbə axşamı gecə baş verib.
Gəminin adı və altında üzdüyü bayraq, habelə qaçırılan üçüncü şəxsin hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.
Hesabatda bildirilir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi bu ölkənin Xarici İşlər Nazirliyi ilə birlikdə öz vətəndaşlarının azad edilməsi üçün “aktiv işləyir”. O cümlədən, Gürcüstan tərəfi ekipaj və gəmi sahibi şirkətlərlə əlaqə saxlayır və agentliyin nümayəndələri dənizçilərin yaxınlarına ətraflı məlumat veriblər.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər