Bütün xəbərlər
Sobolenko Madriddə keçirilən turnirin ilk yarımfinalçısı olub
Tarix: 02-05-2023 23:06 | Bölmə: Karusel


Belaruslu tennisçi Arina Sobolenko Madriddə keçirilən turnirin yarımfinalına yüksəlib.

Dünyanın ikinci raketi 1/4 finalda misirli Mayar Şerifə 2:6, 6:2, 6:1 hesabı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəqiblər meydanda iki saat vaxt keçiriblər. Belaruslu yarımfinalda rumıniyalı İrina-Kameliya Bequ və yunanıstanlı Mariya Sakkari arasındakı qarşıdurmanın qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, İspaniyada keçirilən turnirin mükafat fondu 7,7 milyon avronu ötür.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər